Blinken Türkiyəyə səfər edəcək

Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməyə başladıqca, siyasi münasibətlərin də dəyişəcəyinə inandığını deyib: “Qəzzada baş verənlər Qərbin və avropalıların birdən-birə nüfuzlarını itirməsinə səbəb oldu. Onların Ukrayna-Rusiya məsələsindəki mövqeyinin əksinə olaraq, Qəzza məsələsindəki mövqeləri ikiüzlülüyün pik həddə çatdığı yerdir. Prinsiplərdən, fəzilətdən, əxlaqdan danışa bilməzlər. Onlara tamamilə məhəl qoymurlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + eight =