Blinken Ukraynaya yardım ayrılmayacağı halda, Rusiya, Çin və İranın sevinəcəyini bildirib

Blinken Ukraynaya yardım ayrılmayacağı halda, Rusiya, Çin və İranın sevinəcəyini bildirib

ABŞ Konqresi Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılmasını təsdiqləməsə, Moskva, Pekin və Tehran sevinəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken bildirib.

“Əvvəlcə dediyim kimi, Ukraynaya ayrılan bütün yardımlar və əlavə maliyyələşdirmə sorğusuna daxil olan vəsaitlərin, demək olar ki, hamısı ABŞ daxilində investisiya edilir. Onlar bizim müdafiə sənayesi bazamızı gücləndirməyə kömək edir. Beləliklə, bir çox cəhətdən biz özümüz bundan faydalanırıq”, – Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında bildirib.

“Bu səbəbdən mən ümid edirəm ki, Konqres hərəkətə keçəcək və bunu tez bir zamanda edəcək. Hər-hansı səbəbdən maliyyə tələbi təsdiqlənməsə, kimin sevinəcəyini bilirik. Onlar Moskvada, Pekində, Tehrandadırlar”, – Blinken deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 2 =