Blinkenin Fələstinə səfər tarixi məlum oldu

Blinkenin Fələstinə səfər tarixi məlum oldu

Amerikanın yüksək rütbəli rəsmilərindən biri ABŞ dövlət katibi Antoni Blinkenin işğal olunmuş Fələstinə cümə axşamı gedəcəyini deyib.

Fars İnfrormasiya Agentliyinin məlumatına əsasən, adının ifşa olunmasını istəməyən ABŞ rəsmisi İordan çayının qərb sahili və Birləşmiş Ərəb Əmirlikliklərinə səfərə hazırlaşan Antoni Blinkenin məqsədi Qəzzə zolağına daha artıq humanitar yardımların çatdırılması və sionist girovların azadlığı barədə müzakirələr aparmaqdır.

Bundan əvvəl də ABŞ dövlət katibi Blinken Yaponiyada G7 iclasında jurnalistlərlə müsahibəsində sionist rejimdən Həmasla müharibədən sonra Qəzzə zolağını işğal etməməsini istədikdən sonra “Biz İsraillilərə daha az sivil tələfatına yol verməmək və Qəzzəyə humanitar yardımların çatdırılması üçün əlaqədəyik” deyə iddia etmişdi.

Digər tərəfdənsə ABŞ prezidenti Co Bayden ötən bazar günü Həmasla İsrail arasında müvəqqəti atəşkəsin uzadılması və əsir mübadiləsinin davam etməsindən sevindiyini demişdi.v

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 13 =