Blinkenin iddiası: Amerika regionda sülh və təhlükəsizliyə sadiqdir

Blinkenin iddiası: Amerika regionda sülh və təhlükəsizliyə sadiqdir

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı vəliəhdi ilə görüşündə ölkəsinin regionda sülk və əmin-amanlığın qorunmasında sadiq mövqeyi olduğunu iddia edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Antoni Blinken Ərəbistan vəliəhdi Məhəmməd Bin Salman və xarici işlər naziri ilə görüşündə deyib ki, fələstinlilərə humanitar yardımların dərhal çatdırılması və Qəzzə böhranının araşdırılması üçün buraya gəlmişəm.

Xatırladaq ki, ABŞ və Qərb ölkələrinin dəstəyi ilə işğalçı sionist rejimi 7 oktyabrdan bu günə kimi 32 minə yaxın fələstinlini soyqırımına məruz qoyub və milyonlarla insan öz evlərindən didərgin düşüb.

Ekspertlərin fikrincə ABŞ dövlət katibi ölkəsinin açıq-aşkar Qəzzədə soyqırımına intensiv maddi-hərbi dəstəklərini xatırlamadan regionda sülh və əmin-amanlıq istəyini bəyan etməsi dünya ictimaiyyətində paradoks atmosferə səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − eighteen =