Bloomberg: ABŞ Yəmənə hava hücumları barədə düşünür
ABŞ rəsmisi Vaşinqton və müttəfiqlərinin Yəmən qoşunları əleyhinə hava hücumları barədə düşündüyündən xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Bloomberg kanalı bu gün (20 dekabr) xəbər verib: Yəmən silahlı qüvvələrinin Qırmızı dənizdə İsrailə gedən və İsrail gəmilərinin gediş-gəlişinə mane olması Amerika və müttəfiqlərinii hava hücumları barədə düşünməyə vadar edib.
ABŞ Yəmən silahlı qüvvələrinin qüdrətini “iflic” etmək barədə planlar cızır.
Politico isə Pentaqonun Yəmən silahlı qüvvələrinin göndərdikləri pilotsuzları vurmaq üçün çəkdiyi xərclərin artmasından nigaran olduğunu yazır.
Qeyd edək ki, ABŞ müdafiə naziri Llyon austin dünən səhər Qırmızı dənizdə İsrail gəmilərinin hərəkətinin bərpası üçün 10 ölkədən ibarət koalisiya yaradıldığından xəbər vermişdi.