BMT Baş Assambleyası Qəzzada atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib

BMT Baş Assambleyası Qəzzada atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib

BMT Baş Assambleyası 21 ərəb ölkəsi tərəfindən hazırlanmış Qəzza zolağında humanitar məqsədlər üçün atəşkəsə çağıran qətnamə layihəsini dəstəkləyib.

BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.

Eyni zamanda, BMT Baş Assambleyası qətnaməyə Avstriya və ABŞ-ın təklif etdiyi düzəlişləri qəbul etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + fifteen =