BMT Baş katibi ilə telefon danışığında; Əmir Abdullahian BMT-nin İsrail rejiminə təzyiqlərini artırmağa çağırıb

BMT Baş katibi ilə telefon danışığında; Əmir Abdullahian BMT-nin İsrail rejiminə təzyiqlərini artırmağa çağırıb

Xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının Baş katibi ilə telefon danışığında sionist rejimin bu təhlükəli yanaşmasının davam etməsi ilə bağlı ciddi xəbərdarlıq edib və xüsusilə BMT-nin bu məsələdə İsrail rejiminə təzyiqlərini artırmağa çağırıb.

Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian Antonio Quterreşlə telefon danışığında İsrail rejiminin Qəzzada müharibə və soyqırımına son qoymaq üçün BMT baş katibinin səylərini yüksək qiymətləndirərək dedi: İran İslam Respublikası regionda davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması, xüsusilə İsrail rejiminin Qəzza müharibəsindəki cinayətlərinə son qoyulması üçün səylərini davam etdirir.

Əmir Abdullahian xəbərdarlıq edib ki, ABŞ Netanyahuya atəşkəsi qəbul etməsi üçün təzyiq etmək əvəzinə bu rejimin Rəfahda yeni cinayətlər törətməsində əlbir olsa, bunun nəticələri müharibə tərəfdarları üçün ağır olacaq.

Ölkəmizin xarici işlər naziri HƏMAS-ın müharibənin dayandırılması planına reaksiyasını dəstəklədiyini açıqlayaraq, Qətər, Səudiyyə Ərəbistanı, Misir və HƏMAS-ın siyasi ofisinin rəhbəri Şeyx İsmayıl Həniyə ilə apardığı məsləhətləşmələr barədə Quterreşi məlumatlandırıb və əlavə edib: Sionist rejim “terror və soyqırım siyasəti”nin davamı olaraq, hazırda Rəfah və Kərəm Əbu Salim keçidlərini bağlamaqla və müharibənin dayandırılması üçün beynəlxalq səyləri nəticəsiz etməklə regionda növbəti insanlıq fəlakəti yaratmağa çalışır. İndi İsrail rejiminə təzyiq göstərmək və müharibəni dayandırmaq, ya da regionu yeni və fərqli böhran və gərginlik səviyyəsinə daxil etmək iradəsini nümayiş etdirmək arasında seçim etməli olan Ağ Evdir.

BMT Baş katibi Antonio Quterreş də bu telefon danışığında ölkəmizin regionda sülh və təhlükəsizliyə nail olunması istiqamətində apardığı müdrik addımları və mövqelərini yüksək qiymətləndirərək dedi: BMT əvvəldən atəşkəsin əldə olunması və müharibənin tez bir zamanda başa çatması üçün öz qəti mövqeyində dayanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 1 =