BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında İranın mərhum prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş plenar iclas keçirib.

Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Fransisin sədrliyi ilə keçirilən iclasda mayın 19-da helikopter qəzasında faciəvi şəkildə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

D.Fransis İran hökuməti və xalqına başsağlığı verib.

193 üzvdən ibarət Baş Assambleyada Rəisiyə həsr olunmuş mərasimində ölkə təmsilçiləri və regional qrupların onun barəsində çıxışları dinlənilib.

ABŞ-nin BMT-dəki missiyasından heç bir diplomat prenar iclasda iştirak etməyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının təcrübəsinə əsasən dövlət başçısı olan zaman vəfat etmiş liderin xatirəsinə ehtiram üçün xüsusi plenar iclas keçirilir.

Xatırladaq ki, İbrahim Rəisinin olduğu helikopter Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı Prezidentlə yanaşı, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti və onları müşayiət edən digər şəxslər həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 11 =