BMT: Əfqanıstanda yüzlərlə keçmiş hökumət rəsmisi və hərbçi öldürülüb

BMT: Əfqanıstanda yüzlərlə keçmiş hökumət rəsmisi və hərbçi öldürülüb

BMT-nin yaydığı son hesabatda qeyd olunur ki, “Taliban” hərəkatının əfvlə bağlı verdiyi zəmanətlərə baxmayaraq, Əfqanıstanda yüzlərlə keçmiş hökumət rəsmisi və silahlı qüvvələrin əməkdaşı öldürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında deyib.

Sözçünün sözlərinə görə, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) yayımladığı hesabada qeyd olunur ki, ötən ilin avqustundan bu ilin iyun ayına qədər Əfqanıstanda faktiki “Taliban” hakimiyyəti tərəfindən yüzlərlə keçmiş hökumət rəsmilərinə və hərbçilərə qarşı 800-dən çox insan haqları pozuntusunu sənədləşdirib: “Bu dəhşətli hesabatda əsas diqqət məhkəməsiz qətllərə, insanların yoxa çıxmasına, əsassız həbslərə, keçmiş hökumət rəsmiləri və hərbçilərin işgəncə və təhdidlərə məruz qalmasına yönəlib.

Missiya qeyd edib ki, “Taliban” hakimiyyəti keçmiş hökumət rəsmiləri və Əfqanıstan müdafiə və milli təhlükəsizlik qüvvələrinin keçmiş üzvləri üçün ümumi amnistiya elan etməsinə baxmayaraq onlara qarşı ciddi insan haqlarının pozuntusu tətbiq edib”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + one =