BMT: Haaqa məhkəməsinin qərarları icra olunmalıdır

BMT: Haaqa məhkəməsinin qərarları icra olunmalıdır

BMT baş katibi Haaqa məhkəməsinin sionist rejimin Qəzzəddəki cinayətlərinə görə çıxrdığı qərarın icra olunmasını tələb edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Antonio Quttereş bu qərarın icra zərurətini vurğulayıb.

Məlumata görə BMT sözçüsü Stefan Dujarik bəyanat yayaraq elan edib: Baş katib Haaqa məhkəməsinin əsasnamələrinə uyğun olaraq çıxardığı qərarların icrasının zərurətini vurğulayır və hər iki tərəf bu qərarlara tabe olmalıdır.

Bu bəyanat Haaqa Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımın qarşısını almaq üçün hərəkətə keçməli olduğuna dair qərardan bilafasilə sonra yayımlanıb.

Dujarikin sözlərinə görə baş katib Haaqa məhkəməsinin qərarı ilə birlikdə dosye haqqında ətraflı məlumat Təhlükəsizlik Şurasına göndələrilməsini tələb edib.

Xatırladaq ki, Cənubi Afrikanın İsrailə qarşı iddiasına baxan Beynəlxalq Ədalət Məhkəməsi yəhudi dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün dərhal tədbirlər görməyi öhdəliyi verib.

Məhkəmə qərarı İsraili aşağıdakı tədbirləri görməyə məcbur edir:

→ soyqırım sayıla biləcək hər hansı hərəkətlərin qarşısını almaq;

→ İsrail ordusunun soyqırım aktları törətməməsini təmin etmək;

→ soyqırıma təhrik kimi qiymətləndirilə bilən hər hansı ictimai şərhin qarşısını almaq və cəzalandırmaq;

→ Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək.

Həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqu qeyd edib ki, İsrail soyqırım işində istifadə oluna biləcək sübutların məhv edilməsinin qarşısını almalıdır. Məhkəmənin qərarından sonra bir ay ərzində İsrail nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabat təqdim etməli olacaq.

Bununla belə, məhkəmə müvəqqəti tədbir kimi Qəzza zolağında atəşkəs tələb etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 13 =