BMT: İsrail fələstinliləri öldürməyi dayandırmalıdır

BMT: İsrail fələstinliləri öldürməyi dayandırmalıdır

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı sionist rejimdən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərin qanunsuz öldürülməsini dayandırmağa çağırıb.

Mehr Xəbər Agentliyinin Anadolu Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı 7 oktyabr-20 noyabr tarixləri arasında Şərqi Qüds və işğal altındakı İordan çayının qərb sahilindəki humanitar vəziyyətlə bağlı hesabatında Sionist rejim tərəfindən fələstinlilərin qeyri-qanuni qətllərinə son qoyulmasını istəyib.

Bu təşkilat hərbi silahlardan istifadəni və işğalçı sionist təhlükəsizlik qüvvələrinin bölgədəki əməliyyatlarını, fələstinlilərin qeyri-qanuni həbsini və onlara qarşı pis rəftarı çox narahatedici adlandırıb və onların dərhal dayandırılmasını istəyib.

Sözügedən hesabatda deyilir: Oktyabrın 7-dən dekabrın 27-dək İordan çayının qərb sahilində 79-u uşaq olmaqla 300 fələstinli öldürülüb.

291 nəfər İsrail əsgərləri, 9 nəfər isə qeyri-qanuni mühacirlər tərəfindən, bir nəfər də əsgərlər və ya köçkünlər tərəfindən öldürülüb.

BMT öz hesabatında oktyabrın 7-dən əvvəl bölgədə 200 fələstinlinin öldürüldüyünü, bunun 2005-ci ildən bəri son 10 ayda qeydə alınan ən yüksək itki sayı olduğunu vurğulayıb.

Bu hesabatda oktyabrın 7-dən noyabrın 20-dək İordan çayının qərb sahilinə qarşı hava hücumları və quru əməliyyatlarının artdığına işarə edilərək, sionist rejimin bu hərəkətlərinin mülki əhalinin öldürülməsi və yaralanmasına və mülki şəxslərin və infrastrukturun məhv edilməsinə səbəb olduğu bildirilib.

BMT həmçinin qeyd edib ki, İsrail rejiminin İordan çayının qərb sahilindəki təhlükəsizlik qüvvələri 40-ı jurnalist olmaqla 4700-dən çox adamı həbs edib, onlardan bəzilərini lüt soyundurub, saatlarla qandallı və gözləri bağlı saxlayıblar.

Hətta İsrail əsgərləri ayaqqabıları ilə bu insanların üstünə çıxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =