BMT İsrail rejiminin fələstinlilərə qarşı silahlı qruplaşmaları dəstəklədiyini bəyan etdi

BMT İsrail rejiminin fələstinlilərə qarşı silahlı qruplaşmaları dəstəklədiyini bəyan etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Sionist rejimin 1948-ci ildə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərə qarşı həddindən artıq zor tətbiq etməsindən bəhs edən bir hesabatda, BMT-nin Milli Azlıqlar üzrə Xüsusi Məruzəçisi Fernand de Vrance, yəhudi gəlmələrin və silahlı dəstələrin rəsmi İsrail təhlükəsizlik xidmətlərinin himayəsi altında bu təcavüzləri yerinə yetirdiklərini vurğulayıb.

O, İsrailin işğal olunmuş ərazilərdə yaşayan bütün vətəndaşlara qarşı tam və bərabər dəstəyini tələb edərək deyib: “Radikal sağçı qrupların hücumları və İsrail təhlükəsizlik qüvvələri tərəfindən etiraz aksiyaları zamanı həddindən artıq zorakılıqlar fələstinlilərə qarşı ən ciddi təzyiqlərə səbəb olub.”

BMT məruzəçisi əlavə edib: “Fələstinlilər uzun müddətli ayrı-seçkilik və marginalizasiyadan sonra hələ də ağır bir zorakılığa qatlaşmağa davam edirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 7 =