BMT: İsrailin Qəzzanı bombalaması nəticəsində 4200 nəfər həlak olub

BMT: İsrailin Qəzzanı bombalaması nəticəsində 4200 nəfər həlak olub

Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağının bombalanmasının davam etdiyi hər gün fələstinli qaçqın və şəhidlərin sayının artdığını və son 10 gündə Qəzzada öldürülənlərin sayının 4200 nəfərə çatdığını bildirib.

İRNA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, BMT çərşənbə axşamı günü elan edib ki, İsrail və mühasirədə olan Qəzza zolağında 10 gün ərzində 4200 nəfər həlak olub, bir milyondan çox insan didərgin düşüb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani mətbuat konfransında bildirib ki, İsrailin hərbi əməliyyatlarında azalma əlaməti görülmür və Qəzzanın davam edən blokadası bölgə əhalisinin su, qida, dərman və digər əsas ehtiyaclarının təminatında böhrana səbəb olub.

Şamdasani deyib: Cəmi 10 gün ərzində 4200 nəfərin öldürülməsi, bir milyondan çox insanın didərgin düşməsi və Qəzza zolağında geniş ərazilərin dağıdılmasına görə, yaxın günlərdə mülki əhalinin tələfatı ilə bağlı ciddi narahatlıqlar var.

Bu BMT rəsmisi bölgənin mühasirəyə alınması və davam edən bombardmanlarla hər gün müharibə qanunlarının və insan haqlarının pozulması hallarının müşahidə olunduğuna diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 8 =