BMT-nin baş katibi İsrailin Rəfaha hücumunu pisləyib

BMT-nin baş katibi İsrailin Rəfaha hücumunu pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində onlarla fələstinlinin ölümünə səbəb olan çadır düşərgəsinə endirdiyi zərbəni pisləyib və zorakılığın dayandırılmasını istəyib.

Bu barədə Baş katib X hesabında bildirib.

“Mən bu ölümcül münaqişədə sadəcə sığınacaq axtaran çoxlu sayda günahsız mülki insanın ölümü ilə nəticələnən İsrailin hərəkətlərini qınayıram. Bu dəhşət dayandırılmalıdır”, – deyə qeyd olunub.

Dünya təşkilatının rəhbəri əlavə edib ki, “Qəzzada bir dənə də olsun təhlükəsiz yer qalmayıb”.

Mayın 27-nə keçən gecə İsrail hərbçiləri Rəfahı vurub, ən azı səkkiz raket çadır düşərgəsinə düşüb.

Çadır şəhərciyində yanğın baş verib. Son məlumatlara görə, hücum nəticəsində azı 40 nəfər həlak olub, qurbanların əksəriyyəti qadın və uşaqlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =