BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb

BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb

BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağında münaqişə səbəbindən Yaxın Şərqdə artan gərginlikdən narahatdır və bütün tərəfləri regionda gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırır.

Bu barədə beynəlxalq təşkilatının rəhbərinin Ofisinin yaydığı bəyanatda deyilir.

Quterreş bütün region üçün dağıdıcı nəticələrə səbəb ola biləcək münaqişənin daha da genişlənməsindən ciddi narahatlığını ifadə edib.

“Baş katib bir daha beynəlxalq ictimaiyyətin bütün üzvlərini mümkün olan hər şeyi etməyə və regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün müvafiq tərəflərlə öz təsir imkanlarından istifadə etməyə çağırır. Qəzzada dərhal humanitar atəşkəsə, eləcə də bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır”, – bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + eighteen =