BMT-nin Baş katibi: Yaxın Şərqdəki münaqişə genişlənə bilər

BMT-nin Baş katibi: Yaxın Şərqdəki münaqişə genişlənə bilər

“Yaxın Şərqdəki münaqişə İsraillə Livandakı radikal Hizbullah təşkilatı arasında gərginliyin artması fonunda genişlənə bilər”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.

“Mən İsrail və Hizbullah arasında Mavi Xətt demarkasiyası boyunca gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etməyə məcburam. Yaxın Şərqdə münaqişənin genişlənməsi riski realdır və bunun qarşısını almaq lazımdır. Region və bütün dünya xalqları Livanın başqa bir Qəzzaya çevrilməsinə icazə verə bilməz”, – deyə o, vurğulayıb.

Eyni zamanda, Quterreş BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin komandanlığının ölkənin cənubunda münaqişənin genişlənməsinin qarşısını almaq üçün cəhdlər etdiyini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − eleven =