BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanı atəşə tutulub.

 “İnterfaks” xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin anklavdakı rəhbəri Tomas Uayt deyib.

“İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindən qayıdan humanitar karvanı atəşə tutublar”, – o bildirib.

Qeyd edilib ki, mərmilər nəticəsində xəsarət alan olmasa da, bir maşına ziyan dəyib: “Humanitar işçilər heç vaxt hücuma məruz qalmamalıdır”.

İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 3 =