BMT: Qəzzə sakinlərinin miqrasiya məsələsi narahatedicidir

BMT: Qəzzə sakinlərinin miqrasiya məsələsi narahatedicidir

BMT İnsan Hüquqları üzrə Ali Komissarı İsrail rəsmilərinin Qəzzə əhalisini miqrasiyaya təşviqetmə səylərinin nigarançılıq doğurduğunu elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Volker Türk dünən (4 yanvar) İsrail baş naziri Benyamin Netanyahu kabinetinin iki radikal nazirinin Qəzzə əhalisinin miqrasiyasına cəhdlərinə reaksiya verərək deyib: Bu çox nigaraçılığa səbəb olan haldır.

Volker Türk X sosail hesabında yazıb: Müharibə səbəbinə öz evlərindən didərgin düşən Qəzzə əhalisinin evlərinə qayıtmaq haqqı var.

Volter Türk həmçinin insanların öz məskənlərindən köçürülməsinə məcbur etmək beynəlxalq qanunlara ziddir.

Qeyd edək ki, Təhlükəsizlik naziri Ben Qvir israillilərə Qəzzəni fələstinlilərdən tamamilə boşaldacağı və onları digər ölkələrə miqrasiyaya sövq edəcəyi barədə söz vermişdi. Maliyyə naziri Bezazel Smotriç yanvarın 1-i  bütün fələstinlilərin Qəzzədən çıxarıb sionistlərin orada yerləşdirilməsi barədə planlardan danışmışdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =