BMT: Qəzzədəki vəziyyət nigaranvericidir

BMT: Qəzzədəki vəziyyət nigaranvericidir

Davos İqtisadi Forumunda iştirak edən BMT baş kaibi Qəzzədəki gərgin vəziyyətdən çox nigaran olduğunu vurğulayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Antonio Quttereş dünən axşam (16 yanvar) İsveçrədə müxbirlərə verdiyi müsahibədə Yəmən Ənsarullah Hərəkatı ilə Amerika arasındaı konflikt, Livan Hizbullahı ilə İsrail arasındakı gərginlik barədə açıqlama verdikdək sonra Qəzzədəki vəziyyətdən çox nigaran olduğunu vurğulayıb.

BMT baş katibi həmçinin işğal olunmuş İordan çayı qərb sahilində də vəziyyətin həddən artıq gərginliyini gündəmə gətirərək bir daha Qəzzədə dərhal atəşkəs bərqərar edilməsinin zərurətindən danışıb və TŞ qətnaməsinin də nəticəsiz olduğunu xatırladıb.

2024-cü ildə ilk mətbuat konfransını verən Antonio Quttereş Qəzzədə heç bir təhlükəsiz yerin qalmadığını, humanitar yardımların çatdırılması məsələsini və dərhal atəşkəs rejiminin bərqərar edilməsini, xəstəlik, aclıq və didərginlik yaşayan fələstinlilərə yardım edilməsini, müharibə alovlarının regiona yayılma təhlükəsinin beynəlxalq qanunlara əsasən həll olunmasının da gündəmdə olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − nine =