BMT: Qəzza zolağında tibb mərkəzlərinin yalnız üçdə biri fəaliyyət göstərir

BMT: Qəzza zolağında tibb mərkəzlərinin yalnız üçdə biri fəaliyyət göstərir

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sağlamlıq mərkəzlərinin üçdə biri Qəzza zolağında fəaliyyətini davam etdirir.

Bu barədə təşkilatın X (keçmiş Twitter) səhifəsində dərc edilən paylaşımda deyilir.

“UNRWA Qəzza zolağında 24 sağlamlıq mərkəzindən 8-də işləməyə davam edir”, təşkilatın paylaşımında deyilir.

Agentlik qeyd edib ki, bu ayın əvvəlində Fələstin anklavında 155 tibb müəssisəsi və 32 xəstəxana sıradan çıxarılıb, 53 tibb mərkəzi döyüşlər səbəbindən müvəqqəti olaraq fəaliyyətini dayandırmağa məcbur olub.

Martın 20-nə olan məlumata görə, humanitar yardım daşıyan 159 yük maşını Qəzza zolağına daxil olub. Agentlik qeyd edib ki, bu həcmlər 1,1 milyona qədər insanın ərzaq çatışmazlığı ilə üzləşdiyi anklav əhalisinin əsas tələbatını ödəməyə imkan vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 5 =