BMT Qəzzada hərbi cinayətlərin törədilməsindən narahatdır

BMT Qəzzada hərbi cinayətlərin törədilməsindən narahatdır

BMT İsrail və HAMAS arasında münaqişədə hərbi cinayətlərin törədilməsindən narahatdır.

Bu barədə BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ravina Şamdasani Cenevrədə mətbuat konfransında bildirib.

“Biz hərbi cinayətlərin törədilməsindən narahatıq. Biz HAMAS-ın hərbi cinayətlərə bərabər qəddar hücumlarına cavab olaraq qəzzalıların kollektiv şəkildə cəzalandırılmasından narahatıq”, – o deyib.

Xatırladaq ki, BMT-nin İnsan Haqları Ofisi daha əvvəl bildirib ki, təşkilat oktyabrın 7-dən etibarən mümkün müharibə cinayətləri, həmçinin HAMAS-ın İsrailin cənubuna hücumu, qruplaşmanın əksəriyyəti mülki şəxslər olmaqla 1400-ə yaxın adamı öldürməsi və ən azı 233 nəfəri qaçırması, eləcə də İsrailin HAMAS-ı məhv etmək üçün başlatdığı hava hücumu kampaniyasında Qəzzadakı mülki əhalinin ciddi zərər görməsi ilə bağlı araşdırma başladacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 1 =