BMT rəsmisi: Rəfaha qurudan hücum yüz minlərlə insanın ölümünə səbəb olacaq
BMT baş katibinin müavini İsrail ordusunun Qəzza zolağının cənubundakı “Rəfəh” şəhərinə hər hansı quru hücumu ilə bağlı xəbərdarlıq edib.
Fars Informasiya Agentliyinin məlumatına əsasən, BMT-nin yüksək rütbəli rəsmisi baş katibin Humanitar Məsələlər üzrə müavini Martin Qriffits bu gün (1 may) səhər deyib: Dünya İsrailin Rəfaha qurudan hücum etməməsini istəyir. Rəfaha qurudan hücum aclıqdan qaçan daha yüz minlərlə insanın ölümünə səbəb olacaq
Sputnik xəbər agentliyinin məlumatına görə, Martin Qriffits həmçinin əlavə edib: Biz aclıq və ölümün qarşısını almaq üçün yarışdayıq və qalan girovlar azad edilməsə, biz uduzacağıq.
Bu gün səhər Fələstin mediası da sionist rejim döyüşçülərinin Qəzzə zolağının cənubundakı Rəfah şəhərinə təkrar hücumları barədə məlumat verib.