Smotriç: Rəfah tamamilə məhv edilməlidir

Smotriç: Rəfah tamamilə məhv edilməlidir

Sionist rejimin ekstremist naziri Bezalel Smotriç Qəzzanın cənubundakı Rəfah və Qəzzənin mərkəzindəki Deyr əl-Bəlah və Nusirat şəhərlərinin tamamilə məhv edilməsini tələb edib.

Əl ALəm telekanalının məlumatına əsasən, İsrailin radikal dini partiyasının lideri olan Smotriç dünən axşam (30 aprel) videomüraciətində Tövratdan sitat gətirərək deyib: Mən düşmənlərimi təqib edəcəyəm və onları məhv etməyincə geri dönməyəcəyəm.

Livan Hizbullahı ilə gərginliyin artması ilə bağlı Smotriç həmçinin bildirib ki, Rəfahdan sonra onları məhv etmək üçün şimala gedəcəyik.

O, daha əvvəl partiyasının iclasında demişdi ki, HƏMAS -la razılaşmanı qəbul etmək bizim tərəfimizdən ağ bayraq qaldırmağa və onların qələbəsinə bərabərdir. Yəhya  Sinvar da elə bunu istəyir.

Hazırda Rəfahda bir milyon 400 min fələstinli qaçqın yaşayır, ona görə də onlara hücumun ağır nəticələri olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =