BMT TŞ-də Qarabağ müzakirəsinin detalları – Bakını nə gözləyir?

BMT TŞ-də Qarabağ müzakirəsinin detalları – Bakını nə gözləyir?



Baş verənlər fonunda BMT TŞ-dəki müzakirələrin prosedur qaydaları maraqlıdır.

Publika.az xəbər verir ki, iclas BMT TŞ-nin 15 üzvünün – 5 daimi, 10 qeyri-daimi üzvlər – iştirakı ilə açıq rejimdə keçiriləcək. Bu ay TŞ-yə ABŞ rəhbərlik etdiyi üçün iclası da amerikalılar aparacaq. Bununla yanaşı, Azərbaycan və Ermənistan nümayəndələri də orada olacaq və müzakirələrdə çıxış edəcəklər.

Prosedura görə daimi və qeyri-daimi üzv ölkələrin hamısının nümayəndəsi çıxış edəcək. BMT TŞ-də üç sənəd qəbul edə bilər: qətnamə, bəyanat və ya mətbuata açıqlama;

Mətbuata açıqlama ən aşağı statuslu sənəd hesab edilir, o cümlədən, bəyanatın da praktiki icrası yoxdur. Yalnız qətnamə qəbul edilərsə, bu, BMT-nin proseslərə müdaxiləsinə əsas yarada bilər. Lakin bunun həm siyasi, həm hüquqi olaraq olmayacağı bəllidir.

Siyasi: TŞ-nin qətnaməsi ya konsensus, ya da səs çoxluğu ilə qəbul edilir. Ən azı 9 səs lazımdır və 5 daimi üzvdən heç biri veto qoymamalıdır. 15 üzv ölkə arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən olacaq, eləcə də daimi üzvlərdən Rusiya öz təsir dairəsi hesab etdiyi Cənubi Qafqaza kənar müdaxiləyə qarşı olduğu üçün böyük ehtimalla, veto hüququndan istifadə edəcək;

Hüquqi: BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu baxımdan, Qarabağdakı proseslərə Azərbaycanın prizmasından yanaşma olacaq, misal üçün, ərzaq təminatının Ağdam-Xankəndi marşrutu üzrə daşınmasının TŞ-nin iclasında da ön plana çıxacağı gözləniləndir;

Ermənistan isə qətnamənin qəbul edilməsinə çalışır. Lakin ermənilərin özləri belə bunun mümkünsüz olduğunu hesab edirlər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =