BMT TŞ-nin İsrail-HAMAS toqquşması ilə bağlı qətnamə layihəsinin mətni yumşaldılıb

BMT TŞ-nin İsrail-HAMAS toqquşması ilə bağlı qətnamə layihəsinin mətni yumşaldılıb

BMT Təhlükəsizlik Şurasının İsrail-HAMAS toqquşmasının dayandırılmasını və Qəzzaya daha çox humanitar yardımın göndərilməsini nəzərdə tutan qətnamə layihəsinin mətni yumşaldılıb.

APA xəbər verir ki, bu barədə CNN-ə məsələ ilə bağlı məlumatlı iki mənbə bildirib.

Dörd dəfə təxirə salınmasından sonra BMT TŞ-nin bu gün qətnaməni səsə qoymasının gözlənildiyi bildirilib.

Məlumata görə, qətnamənin yeni mətninə “təhlükəsiz və maneəsiz humanitar girişə təcili imkan vermək üçün təcili addımlar, həmçinin toqquşmaların dayanıqlı əsasda saxlanılması üçün şərtlərin yaradılması” ifadələri daxil edilib.

Diplomatik mənbələr daha əvvəl CNN-ə bildirib ki, qətnamə layihəsi ilə bağlı müzakirə edilən əsas məsələlər toqquşmaların dayandırılması və BMT-nin zəruri personal və texnika ilə, BMT Baş Katibliyinin səlahiyyəti altında Qəzza zolağında fəaliyyət göstərəcək monitorinq mexanizminin yaradılması ilə bağlı olub.

Diplomatların Birləşmiş Ərəb Əmirliklərinin müəllifi olduğu qətnamə layihəsinin yekunlaşdırılması istiqamətində qapalı qapılar arxasında işlədiyi bildirilib. Məlumata görə, hazırda nə ABŞ, nə də İsrail atəşkəsi dəstəkləyir. Bununla belə, ABŞ ötən gün qətnamə layihəsinin düzəliş edilmiş yeni versiyasını dəstəkləyə biləcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =