Bolton: “ABŞ-ın raketdən müdafiə sistemi bərbad vəziyyətdədir”

Bolton: “ABŞ-ın raketdən müdafiə sistemi bərbad vəziyyətdədir”

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “The Wall Street Journal” nəşrində dərc olunan məqaləsində qeyd edib.

Boltonun sözlərinə görə, ABŞ-ın raketdən müdafiə sistemi “bərbad vəziyyətdədir” və “ölkəni ballistik raket zərbələrindən qorumaq iqtidarında deyil”. Onun fikrincə, Vaşinqton “raketdən müdafiəni təkmilləşdirməyi prioritet” etməlidir.

Trampın keçmiş müşaviri İranın ilk hipersəs ballistik raketi hazırlaması ilə bağlı xəbərlərə diqqət çəkib, Şimali Koreyanın raket buraxılışlarını, eləcə də Pxenyanın nüvə sınağı keçirməsi ehtimalını xatırladıb.

Boltonun sözlərinə görə, “Vaşinqtonun ABŞ-ın ABM Müqaviləsindən çıxmasından iyirmi il sonra ölkənin raketdən müdafiə sisteminin zəif olması üçün heç bir bəhanəsi yoxdur”.

“Rəqiblərimiz hipersəs və digər təhlükə yaradan yeni texnologiyalar inkişaf etdirsə də, ABŞ-ın çəkindirmə imkanları və ölkənin hərbi cəhətdən simmetrik cavab verməyə hazırlıq imkanı azalıb”, – Bolton bildirib. Onun sözlərinə görə, son iki onillikdə ABŞ ərazisinə raket hücumu təhlükəsi əhəmiyyətli dərəcədə artıb və ölkənin müdafiə imkanları lazımi qaydada təkmilləşdirilməyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =