Borrell İsrailin Rəfahda qaçqın düşərgəsinə zərbələrini pisləyib
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell İsrailin Rəfahda qaçqın düşərgəsinə zərbələri pisləyib.
Bu barədə ali nümayəndə Cozep Borrell “X” hesabında paylaşım edib.
“İsrailin hücumlarında aralarında uşaqların da olduğu evlərindən qovulmuş insanların öldürüldüyünə dair Rəfahdan gələn xəbərlər məni dəhşətə gətirdi. Mən bunu ən sərt şəkildə qınayıram.
Qəzzada təhlükəsiz bir yer yoxdur. Bu hücumlar dərhal dayandırılmalıdır. Beynəlxalq Ədalət Məhkməməsinin qərarlarına və Beynəlxalq Humanitar Hüquqa bütün tərəflər tərəfindən hörmət edilməlidir”, Borrell bildirib.