Borrell: Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur

Borrell: Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur

“Fələstin və İsrail arasında münaqişə etnik və ya dini xarakterli deyil, bu, milli məsələdir. Bu hər iki xalqın eyni torpaqda yaşamaq hüququ ilə bağlıdır”.

Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər iki xalqın eyni ərazidə yaşamaq hüququ var:

“İki xalq sülh içində yaşamaq üçün paylaşmalıdırlar.

Deyirlər ki, bununla bağlı ortada sənəd, razılaşma yoxdur, amma bu razılaşma var və bu Oslo Razılaşmasıdır. Ancaq bu razılaşma reallaşmayıb və problem də budur. İllər ərzində bu münaqişə kəskinləşib. HAMAS-ın hücumları olub, İsrailin buna cavabları olub və nəticədə ortada böyük mülki itkilər var. Sual yaranır niyə Oslo Razılaşması reallaşmadı? Çünki hər iki tərəfdən müəyyən qüvvələr meydana çıxaraq buna mane oldu, onlar bir-birinin yaşamaq və mövcudluq hüquqlarını inkar etdi, tanımadı. İordan çayının qərb sahilində İsrailin kolonizasiyası artdı, fələstinlilər təzyiqə məruz qaldı və bu illər ərzində baş verənlərdən radikal dini qruplar, silahlı qruplar fürsət kimi istifadə etdi.

HAMAS-ın 7 oktyabrda İsrailə qarşı törətdiyi barbarlıq bizi paradoks qarşısında qoydu. Dünya düşünürdü ki, bu münaqişə dayanıb və bu illüziya hamıda var idi. Status-kvo dəyişməsə də, sabitlik vardı. Biz düşünürdük ki, Ərəb ölkələri ilə İsrail arasında normallaşma İsrail və Fələstinə sülh gətirə bilər, ancaq bu, baş vermədi. Yaxın Şərqdəki faciə sülhə nail olmaq üçün səylərin göstərilməməsi nəticəsində Qərb diplomatiyasının mənəvi uğursuzluğudur”.

Borrell qeyd edib ki, artıq bu münaqişə dini, sivilizasiyalar arası münaqişə kimi təqdim olunur. O, belə qarşıdurmadan qaçmaq üçün hər şey etməli olduqlarını vurğulayıb.

Borrell onu da vurğulayıb ki, İsrailin hərbi strategiyası beynəlxalq hüquqa əsaslanmalı, mülki əhalinin ölümü və əzabının mümkün qədər az olması prinsiplərinə hörmət edilməlidir: “İnsan itkilərinə məhəl qoymamaq son nəticədə əks nəticə verə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =