Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ikinci gündə medal qazana bilməyiblər

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ikinci gündə medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə medal qazana bilməyiblər.

“Report”un məlumatına görə, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçu uğursuz nəticə ilə yadda qalıb.

81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.

73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =