Braziliyanın bütün ştatlarında elektrik enerjisi kəsilib
Avqustun 15-də səhər tezdən Braziliyada 26 ştatdan 25-də və ölkənin paytaxtının daxil olduğu federal dairədə elektrik enerjisi kəsilib.
APA xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb.
Ölkənin milli elektrik şəbəkəsi operatoru hadisənin yerli vaxtla təxminən səhər saat 8:30-da qeydə alındığını bildirib.
Ölkənin cənubu, cənub-şərqi, şimal və şimal-qərbi ilə əlaqə kəsilib və hazırda nasazlığın səbəbləri araşdırılır.
Elektrik enerjisinin kəsilməsi təkcə vahid sistemə qoşulmayan Rorayma ştatına təsir etməyib.
Hazırda ölkənin cənub, cənub-şərq və qərbində yerləşən ştatlarda elektrik enerjisinin verilişi qismən bərpa olunub.
Apa.az