Brazilyalı futbolçu Ronaldonun klubuna transfer oldu

Brazilyalı futbolçu Ronaldonun klubuna transfer oldu

“Mançester Yunayted”in futbolçusu Aleks Telles karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

“Əl-Nəsr” müdafiəçinin transferi ilə bağlı klubla razılıq əldə edib.

Klub braziliyalı üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək. Eyni zamanda futbolçunun performansından asılı olaraq bonuslar nəzərdə tutulub.

30 yaşlı müdafiəçi “Əl-Nəsr”də ilinə 7 milyon avro maaş alacaq.

2020-ci ildən “Mançester Yunayted”in üzvü olan A.Telleş ötən mövsümü icarə əsasında İspaniyanın “Sevilya” klubunda çıxış edib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + six =