“Brexit”dən sonra İLK YAŞANDI: Britaniya böyük iqtisadi təşkilata üzv oldu

“Brexit”dən sonra İLK YAŞANDI: Britaniya böyük iqtisadi təşkilata üzv oldu

Britaniya hökuməti Hind-Sakit okean blokuna qoşulmaq üçün Trans-Sakit okean Tərəfdaşlığı sazişi imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Qeyd edilib ki, London üçün bu, “Brexit”dən sonra ən böyük ticarət razılaşmasıdır.

Biznes və ticarət naziri bazar günü Yeni Zelandiyada bloka qoşulma protokolunu imzalayıb.

Bu ticarət bloku 2018-ci ildə yaradılıb. Buraya Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur və Vyetnam daxildir. İngiltərə regional ticarət blokuna qoşulan ilk Avropa ölkəsi oldu. Sazişə qoşulmaq idxal tariflərini aşağı salmaqla iştirakçı dövlətlərlə ticarəti artıracaq.

Razılaşmanın Britaniyaya milyardlarla funt-sterlinq əlavə ticarət qazancı gətirəcəyi, həmçinin 500 milyondan çox insanın bazara çıxışını açacağı deyilir.

İngiltərənin bu ticarət blokuna daxil olması ilə bağlı danışıqlar iki il davam edib. Müqavilə nəhayət 2024-cü ilin ikinci yarısında qüvvəyə minəcək, bundan sonra Britaniya səsvermə hüququna malik üzv olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − five =