Britaniya gəmiləri Fars körfəzində qəzaya uğrayıb

Britaniya gəmiləri Fars körfəzində qəzaya uğrayıb

Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Chiddingfold” minaaxtaran gəmisi Bəhreyn sahillərində lövbər salmış bu ölkənin “HMS Bangor” minaaxtaran gəmisi ilə toqquşub.

İngiltərənin “Daily Mail” qəzeti qəzanın ötən həftənin cümə axşamı baş verdiyini yazıb. HMS Bangor-un fəaliyyətə nə vaxt başlayacağı hələ məlum deyil və onun geri qayıtması üçün heç bir cədvəl açıqlanmayıb.

Bu mediaya görə, bu Britaniya gəmisi Fars körfəzində bir missiyanı yerinə yetirmək üçün mövcuddur və “bu kobud səhv indiki kritik zamanda Britaniyanın Fars körfəzindəki əməliyyatlarına təhlükə yarada bilər.”

Bu qəza nəticəsində HMS Bangor-un gövdəsində böyük dəlik yaranıb, lakin ekipajdan heç kim xəsarət almayıb. Bangor Britaniya Hərbi Dəniz Qüvvələrinin yeddi minaaxtaran gəmisindən biridir və 39 nəfərlik ekipajı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =