Britaniya İran, Belarus və Suriyaya qarşı sanksiyaları genişləndirib
![Britaniya İran, Belarus və Suriyaya qarşı sanksiyaları genişləndirib](https://sizinyol.org/wp-content/uploads/2023/12/6572e621c18896572e621c188a17020288336572e621c18876572e621c1888.jpg)
Böyük Britaniya hökuməti sanksiyalar siyahısını genişləndirib.
Bu barədə məlumat Böyük Britaniya hökumətinin rəsmi saytında dərc edilib.
Qeyd olunub ki, siyahıya Belarusa aid 17, Suriyaya aid 8, İrana aid isə 5 bənd əlavə olunub.
Həmçinin qeyd olunub ki, London Belarus Ali Məhkəməsinin hakimləri və prokurorlarına qarşı sanksiyalar tətbiq edib.