Britaniya kəşfiyyatı: “Priqojinin ölümündə Baş Kəşfiyyat İdarəsi generalının əli ola bilər”

Britaniya kəşfiyyatı: “Priqojinin ölümündə Baş Kəşfiyyat İdarəsi generalının əli ola bilər”

“Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümündə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generalı Averyanovun əli ola bilər.

“Report” xəbər verir ki, bu barədə “I News” nəşri Böyük Britaniya kəşfiyyatındakı mənbəsinə istinadən yazıb.

Məlumata görə, bu generalı Sergey Skripalın zəhərlənməsində də günahkar bilirlər:

“Averyanovun Priqojinlə haqq-hesabı olub. Bu generalın Solsberinin zəhərlənməsində də əli olduğu iddia olunur”.

Kəşfiyyatda hesab edirlər ki, Priqojinin “öhdəsindən” gəlməklə Averyanov “Vaqner”in Afrikadakı muzdlularını idarə edə biləcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 13 =