Britaniya müdafiə naziri Fələstin və İsrailə səfər edəcək

Britaniya müdafiə naziri Fələstin və İsrailə səfər edəcək

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Fələstinə və İsrailə səfər edəcək.

Bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Bildirilib ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar davam edən diplomatik səylərin bir hissəsi olaraq müdafiə naziri bu həftə Fələstinə və İsrailə səfər edəcək.

“Müdafiə naziri Qrant Şapps bu həftə işğal olunmuş Fələstin ərazilərinə və İsrailə səfər edərkən, humanitar yardımın fələstinlilərə daha tez çatdırılmasını, o cümlədən dəniz yolu ilə birbaşa Qəzzaya çatdırılmasını tələb edəcək.

Səfər zamanı o, liderlərlə Qəzzada dinc əhaliyə daha çox yardım göstərmək variantlarını və Böyük Britaniyanın Fələstin Administrasiyasını necə dəstəkləyə biləcəyini, həmçinin Yaxın Şərqdə gərginliyin qarşısını almaq istiqamətdə səyləri müzakirə edəcək”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Böyük Britaniyanın müdafiə naziri Fələstinin daxili işlər naziri, general Ziad Hab Al-Reeh ilə görüşəcək.

“Təl-Əvivdə isə müdafiə naziri hazırkı təhlükəsizlik vəziyyəti və İsrailin növbəti addımlarını müzakirə etmək üçün İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşəcək” – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × five =