Britaniya Yəməndəki husilərə zərbə endirməyi nəzərdən keçirir

Britaniya Yəməndəki husilərə zərbə endirməyi nəzərdən keçirir

Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şepps yəmənli husilərin Qırmızı dənizdə yük gəmilərinə hücumları ilə əlaqədar onlara qarşı hava zərbələri endirmək imkanını nəzərdən keçirir.

“Report”un məlumatına görə, bu barədə “The Telegraph” yazıb.

“Böyük Britaniya ABŞ ilə birlikdə Yəməndə husilərə qarşı potensial hərbi hücumlar planları hazırlayır ki, onların dünya ticarət yollarında xaosa səbəb olan gəmiçilik marşrutlarına hücumlarına qarşı mübarizə aparsınlar”, – məlumatda deyilir.

Xüsusilə, Şeps ABŞ və İngiltərənin husilərə bazar ertəsi günü açıqlana biləcək misli görünməmiş ortaq bəyanat – “son şifahi xəbərdarlıq” hazırladığını bildirib.

Qeyd edilir ki, istənilən hücumun ABŞ tərəfindən idarə olunacağı ehtimalı var. Bu, husilərə qarşı cavabın böyük bir eskalasiyası olacaq və hazırda digər ölkələrin ABŞ və Böyük Britaniyaya qoşulması üçün danışıqlar aparılır.

Böyük Britaniya özü Kral Donanmasının “Lancaster” freqatını artıq orada olan “Diamond” esminesini dəstəkləmək üçün Qırmızı dənizə göndərə bilər.

“Husilər heç bir şübhə etməməlidir: biz qeyri-qanuni ələ keçirmə və hücumlara görə pis niyyətli şəxsləri məsuliyyətə cəlb etməyə sadiqik”, – britaniyalı nazir deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 17 =