Britaniyada II Dünya Müharibəsi dövrünün qırıcısı qəzaya uğrayıb, ölən var
Böyük Britaniyada İkinci Dünya Müharibəsi dövrünün qırıcısı qəzaya uğrayıb.
Bu barədə Britaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, “Battle of Britain Memorial Flight” komandasının üzvü Linkolnşirdə “Spitfire” qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.
Təyyarə yaşayış binası və magistral yolun yaxınlığındakı əkin sahəsinə düşüb.
Hadisənin digərı təfərrüatlar açıqlanmır.