Britaniyada minlərlə restoran bağlanır

Britaniyada minlərlə restoran bağlanır

CGA konsaltinq qrupunun məlumatına görə, Böyük Britaniyada kommunal ödənişlər və kirayə xərclərinin artması səbəbindən minlərlə restoran və bar bağlanır.

Bu barədə “Independent” qəzeti yazır.

Qeyd olunur ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Böyük Britaniyada gündə 10-dan çox belə müəssisə bağlanıb. Eyni zamanda, belə müəssisələrin ölkədəki ümumi sayı ilk dəfə olaraq 100 mindən aşağı düşüb.

Məlumata görə, Britaniyada restoran və barların bağlanmasına səbəb olan digər amillərə ərzaq qiymətlərinin artması və kadr çatışmazlığı daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − fifteen =