Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

Bu gün Azərbaycanda Prezident seçkiləri günüdür

Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri günüdür.

Bu gün – fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək.

Səhər saat 8:00-dan seçki məntəqələri açılıb.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar açıqlanacaq.

Məntəqələr 19:00-da bağlanacaq, daha sonra nəticələr elan olunacaq.

Azərbaycan xalqının 6 milyon 478 min 623 seçici hüququ var. Seçicilər ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. Seçkiləri 90 mindən artıq müşahidəçi izləyəcək.

Bu seçkilərin digər diqqət çəkən tərəfi isə işğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin yaradılmasıdır.

Namizəd kimi 7 nəfər qeydiyyatdan keçib. Onlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + three =