Bu gün baş verən qarşıdurmalarda 9 İsrail əsgəri həlak olub

Bu gün baş verən qarşıdurmalarda 9 İsrail əsgəri həlak olub

Sionist rejim ordusunun sözçüsü işğal olunmuş ərazilərin şimal və cənubunda bu gün baş verən qarşıdurmalar zamanı azı 9 əsgərin həlak olduğunu, onlarla əsgərin yaralandığını açıqlayıb.

Sionist rejim ordusunun sözçüsü Daniyal Haqari çərşənbə axşamı işğal olunmuş ərazilərin şimal və cənubunda bugünkü toqquşmalar zamanı ən azı 9 sionist əsgərin öldürüldüyünü elan edib.

İsrail ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Hertsi Halevi çərşənbə axşamı Qəzza müharibəsindəki məqsədlərə çatmağın asan olmadığını etiraf edib.

Halevi bildirib ki, İsrail ordusu əməliyyatlarını Qəzzanın cənub və mərkəzinə qədər genişləndirib. Buna baxmayaraq, o, müharibənin uzun müddət davam edəcəyi barədə xəbərdarlıq edib.

İsrail Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi deyib: “Biz indi diqqətimizi Qəzza zolağının cənubuna, yəni Xan Yunisə, mərkəzi düşərgələrə və Qəzza zolağının hüdudlarından kənara yönəldirik və şimalda əldə olunan nailiyyətləri qoruyub saxlayacağıq və dərinləşdirəcəyik.”

İsrail rejiminin 7 oktyabrdan indiyədək müharibədən 81 gün keçməsinə baxmayaraq, Qəzzada həyata keçirdiyi əməliyyatlarda 21 minə yaxın fələstinli şəhid olub, on minlərlə fələstinli isə yaralanıb. Şəhidlərin əksəriyyəti qadın və uşaqlardır.

Dünyanın bir çox ölkəsi beynəlxalq təşkilatlarla birlikdə atəşkəs çağırışı edərkən İsrail Qəzzada hərbi əməliyyatları davam edir.

Sionist rejim bu əməliyyata Fələstinin İslami müqavimət hərəkatı HƏMAS-ın bu rejimin yetmiş illik işğalına cavab olaraq İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyata başlamasından sonra başlayıb.

Bu əməliyyat bu rejimə qarşı ən qanlı hücumlardan biri idi. HƏMAS döyüşçüləri bir neçə nöqtədə sərhəd hasarlarından keçərək işğal olunmuş ərazilərə soxulub, kəndlərə hücum edib və çoxlu sayda israillini öldürməklə yanaşı, onların bir qismini əsir götürübr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 8 =