Bu kababı çobanlar kəşf ediblər-Video

Bu kababı çobanlar kəşf ediblər-Video

Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl bölgələrindən biridir. Turistlərin ən çox üz tutduğu Azərbaycan rayonlarından iri olan Qəbələ mətbəxi ilə də insanların maraq dairəsinə düşüb. Qəbələnin dadlı mətbəx nümunələrindən biri də Daşarası kababdır.

200 ildən çox yaşı olan bu xörəyin hazırlanmasına keçməzdən öncə Qəbələ sakini və bu rayona qonaq gələnlərin kabab barədə fikirlərini öyrənmişik. Yerli restoranlardan birinin aşpazı olan İsgəndərov Nazimin dediyinə görə, bu kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər.

Bu yemək üçün sizə qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcan lazım olacaq. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 30 – 45 dəqiqə sərf olunur.

Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Vaxtaşırı daşı digər üzünə çüvirmək lazımdır. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 2 =