Bu region hərbiləşdirilir, NATO böyük təhlükə yaradır – Lavrov

Bu region hərbiləşdirilir, NATO böyük təhlükə yaradır – Lavrov

Publika.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya Sammitində çıxışı zamanı Asiya-Sakit Okean regionunun NATO-nun ucbatından getdikcə hərbiləşdiyini bildirib. Bu barədə XİN-in saytında məlumat verilib.

“Qərbin yaratdığı şəbəkə blokadasının blok mexanizmləri əsasında NATO qüvvələrinin və infrastrukturunun bu regiona daxil olması fonunda Şərqi Asiyanın hərbiləşdirilməsi risklərinə xüsusi diqqət yetirilir”, – materialda deyilir.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nüvə dövlətləri arasında münaqişə potensialının mümkün nəticələrindən danışıb. Onun sözlərinə görə, bu, Asiya-Sakit okean regionunda müharibəyə çevrilə bilər.

Bu arada ABŞ Vaşinqtonun Asiyada NATO-nun analoqunu yaratmaq istəmədiyini açıqlayıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, ABŞ Yaponiya və Cənubi Koreya ilə NATO modelində rəsmi hərbi ittifaq yaratmaq niyyətində deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =