Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

Hindistanın paytaxtında havanın temperaturu iki gündə ikinci dəfə rekord qıraraq 52,3 dərəcəyə çatıb.Bu barədə Hindistan Meteorologiya Departamentindən bildirilib.Hindistan Meteorologiya Departamentinin məlumatına görə, bir gün əvvəl Hindistan paytaxtında havanın temperaturu yeni rekord vuraraq, çərşənbə axşamı 49,9 dərəcəyə çatıb ki, bu da ilin bu vaxtı normadan 9 dərəcə yüksəkdir. Əvvəllər Dehlidə indiyə qədər qeydə alınan ən yüksək temperatur 2022-ci il mayın 15-16-da müşahidə edilən 49,2 dərəcə Selsi olub.Eyni zamanda, paytaxtın Safdarcunq rayonunda yerləşən havanın keyfiyyətinin və temperaturunun ölçülməsi üzrə əsas rəsədxanada orta temperatur 48,5 dərəcə Selsi qeydə alınıb ki, bu da normadan 5 dərəcə yüksəkdir.

Eyni zamanda, Racastan ştatının şimal-qərbində yerləşən Çuru şəhəri Hindistanın ən isti yeri olub, burada çərşənbə axşamı temperatur 50,5 dərəcəyə çatıb ki, bu da milli rekorddan cəmi yarım dərəcə aşağıdır. 51 dərəcə Selsi, 2016-cı ilin may ayında Racastan əyalətində yerləşən Phalodi şəhərində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 17 =