Bu şəxslər Qəzzanı tərk edə biləcək – HƏMAS siyahı hazırladı

Bu şəxslər Qəzzanı tərk edə biləcək – HƏMAS siyahı hazırladı

HƏMAS hərəkatı “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək insanların siyahılarını dərc edib.

 Xarici KİV-lər xəbər verir ki, bu barədə anklavın sərhəd xidməti məlumat yayıb.

“Noyabrın 1-də “Rəfah” məntəqəsindən keçə biləcək digər ölkə vətəndaşlarının siyahılarını dərc edirik. Sənəddə qeyd olunan vətəndaşlar prosesi asanlaşdırmaq üçün saat 07:00-da keçid məntəqəsində olmalıdırlar”, – məlumatda ​​deyilir.

Nəzarət-keçid məntəqəsinə müəyyən edilmiş müddətdən gec gələnlərin sərhədi keçib-keçməməsi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, siyahı gecə saatlarında dərc edilib.

HƏMAS-ın açıqladığı siyahıya Avstraliya, Avstriya, Bolqarıstan, İndoneziya, İordaniya, Finlandiya, Çexiya və Yaponiya vətəndaşları daxildir.

Bundan əlavə, Beynəlxalq Qızıl Xaç Komitəsinin və anklavda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) əməkdaşlarına Qəzzanı tərk etməyə icazə veriləcək. Belə ki, HƏMAS hansı QHT-lərin nəzərdə tutulduğunu göstərməyib.

Ümumilikdə siyahılarda ən azı 430 nəfər var. Onların arasında xarici vətəndaşlar, beynəlxalq və qeyri-hökumət təşkilatlarının əməkdaşları ilə yanaşı, ikili vətəndaşlığı olan fələstinlilər də var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =