Burkina Faso və Mali öz döyüş təyyarələrini Nigerdə yerləşdirib

Burkina Faso və Mali öz döyüş təyyarələrini Nigerdə yerləşdirib

Burkina Faso və Mali bu ölkə ilə həmrəylik əlaməti və istənilən təcavüzü dəf etmək üçün Niger ərazisinə öz döyüş təyyarələrini yerləşdirib.

“Report” xəbər verir ki, bu barədə Nigerin “RTN” telekanalı məlumat yayıb.

Hər iki ölkə təyyarələrini Nigerdə yerləşdirməklə həmrəylik haqqında birgə kommünikelərdə göstərilən öhdəliklərini yerinə yetirirlər. Bu, Nigerə qarşı hər cür təcavüzün qarşısını almaq üçün edilir.

Qeyd edək ki, Qərbi Afrika İqtisadi Birliyi Nigerdəki üsyançılara qarşı əməliyyatın başlama tarixini təyin edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =