Cəbəliyyədə Qəssam batalyonlarının əməliyyatlarında 40 sionist əsgərin ölüb və yaralanıb

Cəbəliyyədə Qəssam batalyonlarının əməliyyatlarında 40 sionist əsgərin ölüb və yaralanıb

HƏMAS-ın hərbi qanadı olan Qəssam Batalyonları bazar ertəsi Qəzzənin şimalında yerləşən Cəbəliyyədə sionist əsgərlərə qarşı hücum zamanı onlardan 40-nın öldüyünü və ya yaralandığını açıqlayıb.

İRNA-nın Fələstinin Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəssam batalyonları TBG raketi ilə Cəbəliyyədə bir binanın içərisində olan 40 nəfərlik İsrail əsgərini hədəfə alıb və bu əməliyyatda sionist qüvvələr həlak olub və yaralanıblar.

Qəssam batalyonları həmçinin Yasin 105 zirehli raketlə Qəzzə şəhərinin Təfah və Əd-Dərc adlı iki məhəlləsinə soxulmağa cəhd edən sionist rejimin 9 maşın və zirehli texnikasını məhv etməyə nail olublar.

Qəssam Batalyonları bir müddət əvvəl verdiyi açıqlamada müqavimət qüvvələrinin Xan Yunisdəki Xəzaə bölgəsində zirzəmiyə daxil olan bir qrup işğalçı arasında piyada əleyhinə minanl partlatdıqlarını açıqlamışdı.

Qəssam batalyonları Xan Yunisdə işğalçıların bir buldozerini Tandum raketi ilə hədəfə alıb.

Həmçinin, Fələstin müqavimət qüvvələri 1948-ci ildə işğal olunmuş ərazilərin şimalında Qərbi Qaliley bölgəsindəki Liman hərbi bazasına Livanın cənubundan raket ataraq hücum edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + three =