Çəkisi 300 kilo olan nəhəng tısbağa tapıldı – FOTO
İtaliyada Toskananın Viareggio sahil şəhəri yaxınlığında ölü dəri tısbağası (Dermochelys coriacea) tapılıb.
Bu növ tısbağalar adətən tropik və subtropik ərazilərdə yaşayırlar.
Çəkisi 300 kq olan nəhəng tısbağa sualtı kabellə tutulub. Dalğıclar ölü tısbağanı kran vasitəsi ilə sahilə çıxarıblar.
Hazırda onun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müayinə aparılır.
Qeyd edək ki, o, həyatda olan ən böyük tısbağa növüdür.