Cəlalian: Beynəlxalq ictimaiyyətin buna susması narahatlıq doğurur

Cəlalian: Beynəlxalq ictimaiyyətin buna susması narahatlıq doğurur

İranın Ədliyyə nazirinin insan haqları və beynəlxalq işlər üzrə müavini Əskər Cəlaliyan Cenevrədə İnsan Hüquqları Şurasının 55-ci iclasında beynəlxalq ictimaiyyətin səssizliyi altında 13 min fələstinli uşağın öldürülməsini qınayıb.

İran nümayəndəsi deyib: “İşğalçı rejimin hərbi aparteidi uşaqlara və müdafiəsiz insanlara qarşı misli görünməmiş cinayətlər törətməkdə özünü tamamilə sərbəst və dəstəklənmiş hiss edir”.

Ədliyyə nazirinin müavini əlavə edib: “Günahsız uşaqların valideynlərinin gözü qarşısında vəhşicəsinə qətlə yetirildiyi Fələstindəki mövcud vəziyyətdən danışmaq çox çətin və ağrılıdır. Brynəlxalq ictimaiyyət təcavüzkar İsrail qüvvələrinin cinayətləri və işğalçılığı ucbatından davamlı olaraq hər cür aramsız zorakılıqla üzləşən qəzzəli uşaqların acınacaqlı durumu ilə bağlı heç nə etmədiyi halda uşaqlara qarşı zorakılıqla mübarizədən danışa bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − eight =