Cəmi 6 ay ərzində 550 min sionist işğal olunmuş Fələstindən qaçıb – Müharibənin genişlənməsi qorxusu uçuşların tutumunu tamamladı

Cəmi 6 ay ərzində 550 min sionist işğal olunmuş Fələstindən qaçıb – Müharibənin genişlənməsi qorxusu uçuşların tutumunu tamamladı

Sionist rejim mediası bazar günü Əl-Əqsa Tufanı əməliyyatından sonra işğal olunmuş Fələstindən əks miqrasiyanın intensivlləşməsi, həmçinin mühacir sionistlərin Livan Hizbullahı ilə müharibənin genişlənməsindən qorxmasının ardınca səyahət xidməti ofislərinin xaricə uçuşlar və səfər proqramlarında artıq yerlərin dolması ilə bağlı məlumat yayıb.

İRNA-nın məlumatına görə, sionist rejimə aid “Zaman Yisrael” nəşri Əl-Əqsa Tufanı əməliyyatından sonra işğal olunmuş ərazilərdən əks miqrasiyanın intensivləşdiyini xəbər verib.

Bu sionist medianın bildirdiyiniə görə, Qəzzəyə qarşı müharibənin yalnız ilk 6 ayında 550 min sionist işğal olunmuş əraziləri tərk edərək başqa ölkələrə gedib.

Sionist rejimin turizm idarələri də bu gün elan ediblər ki, minlərlə digər sionist Livan Hizbullahı ilə sionist rejim arasında müharibənin genişlənməsi qorxusu ilə işğal olunmuş Fələstini tərk edir.

Bu idarələrin bildirdiyinə görə, hazırda işğal olunmuş Fələstindən kənarda səyahət etmək üçün bütün boş rezervasiya yerləri doludur və yeni insanların qeydiyyata alınması mümkün deyil.

Təl-Əvivdə yerləşən “Demokratiya” adlı sionist institutunun dərc etdiyi yeni sorğuya əsasən, sionist kütlələrin işğalçı rejimin gələcəyinə və onun təhlükəsizliyinə ümidi azalıb.

Bu sorğuya əsasən, sionistlərin yalnız 32 faizi İsrail rejiminin siyasi gələcəyinə ümid bəsləyir və yalnız 31,5% bu rejimin təhlükəsizlik yaratmaq gücünə arxayındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + three =